"Çelsi" və "Mançester Yunayted" transfer yarışına girib
"Bornmut"un futbolçusu Aleks Skott nəhəng klubların radarına düşüb.
Sportline.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Skott cari mövsüm meydana çıxdığı 35 matçda 4 qol, 1 asistlə yadda qalıb.