“Çelsi”də ayrılıq
“Çelsi”nin fransanlı futbolçusu Aksel Disasi klubdan ayrılacaq.
Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, “Yuventus”, “Atalanta” və “Bayer” A.Disasinin xidmətində maraqlıdır.
London klubu Disasini 35 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi cari mövsüm çıxış etdiyi 16 oyunda 2 qol və 2 asistlə yadda qalıb.
Onun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.