"Çelsi"də ayrılıq gözlənilir
"Çelsi"nin fransalı futbolçusu Aksel Disasi bu yay klubdan ayrılacaq.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Bormunt", "Vulverhempton", "Napoli" və "Nyukasl Yunayted" Disasini transfer etmək istəyən klubların siyahısında yer alır.
27 yaşlı futbolçunun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi Enzo Mareska oyunçunun satılmasına razılıq verib.