"Çelsi"dən "Barselona"ya doğru
"Çelsi"nin portuqaliyalı futbolçusu Pedro Neto karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Qeyd edək ki, P.Neto "Çelsi" ilə sözləşməsi 2031-ci ilin iyun ayına qədərdir.