“Çelsi”dən “Beşiktaş”a doğru
"Çelsi"nin fransalı stopperi Aksel Disasi karyerasını "Beşiktaş"da davam etdirə bilər.
Sportline.az jurnalist Sercan Dikmenin məlumatına istinadən xəbər verir ki, İstanbul klubu 27 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.
A.Disasinin transfer qiyməti 22 milyon avrodur.
Qeyd edək ki, sözü gedən oyunçu ötən mövsümü "Aston Villa"da icarə əsasında keçirib.