“Çelsi” qələbəni son dəqiqədə əldən verdi

İngiltərə Premyer Liqasında 4-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Çelsi" səfərdə "Brentford"la üz-üzə gəlib.

Görüş məhsuldarlıq heç-heçə ilə yekunlaşıb.

"Brentford" 2-2 "Çelsi"

Qollar: Kevin Şade, 35, Kol Palmer, 61, Moyzes Kaysedo, 85, Fabio Karvalyo, 90+4

Qeyd edək ki, "Çelsi" 8 xalla 5-ci, "Brentford" 4 xalla 12-ci pillədə yer alır.