"Çelsi"dən gözlənilməz həmlə

"Çelsi" "Mançester Yunayted" mərkəz müdafiəçisi Harri Maquayrı yayda azad agent kimi heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

32 yaşlı stopperin "Mançester Yunayted"lə sözləşməsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Maquayrın dəyəri 10 milyon avrodur.