“Çelsi”dən İtaliya klubuna təklif var
"Latsio"nun sol cinah müdafiəçisi Nuno Tavareş "Çelsi"nin maraq dairəsinə düşüb.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Roma klubu bu keçid üçün qarşı tərəfdən 43.5 milyon avro tələb edir.
Qeyd edək ki, portuqaliyalı futbolçunun "Latsio" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
O, cari mövsüm 6 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.