"Çelsi"dən minimal hesablı qələbə

İngiltərə premyer Liqasının 36-cı turunda “Çelsi” “Norviç”i qəbul edib.

Sportline.az xəbər verir ki, oyun meydan sahiblərinin aşkar üstünlüyü ilə keçsə də, qonaqlar güclü müqavimət göstəriblər. Buna baxmayaraq fasiləyədək hesab açılıb. İlk hissəyə əlavə edilən 3-cü dəqiqədə Oliviye Jiru topu qapıdan keçirib.

İkinci yarıya məğlub başlayan “Norviç” futbolçuları heç nə ilə yadda qala bilməyiblər. “Zadəganlar” isə ardıcıl hücumlarına baxmayaraq fərqi artıra bilməyiblər. Minimal hesabla qalib gələn “Çelsi” 63 xalla 3-cü pillədəki mövqeyini gücləndirib. Xatırladaq ki, “Norviç” 35-ci turda “Vest Hem”ə 4 cavabsız qolla məğlub olaraq gələn mövsümdən çempionşipdə çıxışını rəsmiləşdirib.