“Çelsi”dən Murilyo həmləsi
"Nottingem Forest"in mərkəz müdafiəçisi Murilyo yanvar ayında "Çelsi"yə keçə bilər.
Sportline.az xəbər verir ki, London klubu qışda "Nottingem"ə 70 milyon avro təklif edəcək.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, Murilyonun klubla sözləşməsi 2029-cu ilin yayına qədərdir.
Brazilya millisinin üzvü bu mövsüm 13 rəsmi matçda iştirak edib və aktivində 1 qol var.