"Çelsi"dən "Trabzonspor"a təklif var
"Çelsi" "Trabzonspor"un yarımmüdafiəçisi Kris İnao Oulayinini heyətinə qatmaq istəyir.
Sportline.az "Africa Foot"a istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.
19 yaşlı afrikalı futbolçunun "Trabzonspor"la sözləşməsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, K.İnao Oualiyi cari mövsüm meydana çıxdığı 12 matçda 2 qol, 4 asistlə yadda qalıb.