“Çelsi”dən “Vilyareal”a keçib
"Vilyarreal" "Çelsi"də çıxış edən portuqaliyalı müdafiəçi Renatu Veiqanı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, "Vilyarreal" klubunun rəsmi açıqlamasına görə, 22 yaşlı futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
Karyerası ərzində "Auqsburq", "Yuventus", "Bazel" və "Çelsi" kimi klublarda çıxış etmiş Veiga, 2024–2025 mövsümündə "Çelsi" ilə UEFA Konfrans Liqasının qalibi olub.