"Çelsi"dən yeni həmlə
"Çelsi" yayda Aleks Skottu heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "The İndependent" nəşri məlumat yayıb.
22 yaşlı futbolçunun "Bornmut"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, A.Skott cari mövsüm meydana çıxdığı 34 matçda 4 qol, 1 asistlə yadda qalıb.