"Çelsi"ni "Arsenal"a dəyişdi
"Çelsi"nin ingiltərəli futbolçusu Noni Madueke yeni mövsümdən etibarən "Arsenal"ın uğurları üçün çalışacaq.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu "topçular"la 5 illik müqavilə imzalayıb.
Madueke üçün "Arsenal" qarşı tərəfə 50 milyon avro ödəyəcək.
Qeyd edək ki, transfer yaxın günlərdə rəsmi olaraq açıqlanacaq.