"Çelsi"ni "Arsenal"a dəyişə bilər
"Çelsi"nin ingiltərəli futbolçusu Kiran Devsbiri Holl karyerasını "Arsenal"da davam etdirə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" yanvar ayında 26 yaşlı futbolçu üçün rəsmi təklif göndərəcək.
Kiranın "Çelsi" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Arsenal"ın ispaniyalı baş məşqçisi Mikel Arteta oyunçu çox bəyənir.
Onun transferini rəhbərliktən tələb edib.
Kiran Devsbiri Hollun hazır ki dəyəri "Tranfermarkt" portalına görə 28 milyon avrodur.
O cari mövsüm çıxış etdiyi 14 matçda 1 qol və 1 asistlə yadda qalıb.