“Çelsi”ni “Mançester Yunayted”ə dəyişə bilər
"Çelsi"nin brazilyalı futbolçusu Andrey Santos karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçinin dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, A.Santos cari mövsüm meydana çıxdığı 15 matçda 1 qol, 3 asistlə yadda qalıb.