"Çelsi"ni "Mançester Yunayted"ə dəyişir

"Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.

Sportline.az inayder Rob Dovsonun məlumatına istinadən xəbər verir ki, London klubu Nkunku üçün qarşı tərəfdən 60 milyon avro tələb edir.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim 27 yaşlı futbolçunun transferini rəhbərliktən xahiş edib.

Qeyd edək ki, Nkunku bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 28 oyunda 13 qol və 4 asistlə yadda qalıb.

Onun "Çelsi" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.