“Çelsi”ni “Real”a dəyişir?

“Real Madrid” “Çelsi”nin əsas simalarından biri hesab edilən Moises Caisedonun xidmətində maraqlıdır. 

Sportline.az xəbər verir ki, İspaniya nəhəngi yarımmüdafiədə rəqabəti artımaq üçün futbolçunu transfer etmək istəyir.

Eyni zamanda bəzi İngiltərə klublarının, o cümlədən “Liverpul”un futbolçu ilə maraqlandığı irəli sürülür.

Bundan başqa, bəzi mənbələr “Çelsi”nin Moises Caisedonu klubda saxlamaq üçün hərəkətə keçdiyini irəli sürüb. 

İddialara görə, “Çelsi” futbolçuya 2033-cü ilə qədər yeni müqavilə təklif edib.