"Çelsi"nin forvardı "Nyukasl"ın transfer hədəfindədir
"Çelsi"nin ingiltərəli hücumçusu Nikolas Cekson "Nyukasl Yunayted"in transfer hədəfinə çevrilib.
Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, London klubu futbolçusu üçün 60 milyon avro tələb edir.
Lakin "Nyukasl" bu məbləği "Çelsi"yə ödəmək niyyətində deyil.
Qeyd edək ki, Ceksonun "zadəganlar"la müqaviləsi 2033-cü ilin iyun ayına qədər nəzərdə tutulub.