“Çelsi”nin futbolçusu “Borussiya”da çıxış etməyə yaxındır

“Çelsi”nin portuqaliyalı futbolçusu Renato Veiqa karyerasını “Borussiya Dortmund”da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda məlumatı insayder Florian Plettenberq yayıb.

Almaniya klubu Renato Veiqanı icarə əsasında heyətinə qatacaq.

Qeyd edək ki, 21 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin iyun ayına qədərdir.