"Çelsi"nin futbolçusu "Fənərbağça"ya transfer ola bilər
"Çelsi"nin brazilyalı futbolçusu Andrey Santos karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, "Fənərbağça" 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
A.Santosun transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, İstanbul klubu oyunçunun meneceri ilə təmas halındadır.