"Çelsi"nin futbolçusu "Mançester Yunayted"ə təklif olunub
Benjamin Çiluelin "Çelsi"dəki taleyi qaranlıq olaraq qalır.
Sportline.az xəbər verir ki, 27 yaşlı müdafiəçi baş məşqçi Enzo Mareskonun planlarına daxil deyil.
Bu haqda futbolçunun özünə də xəbərdarlıq olunub.
"TalkSPORT"un yaydığı məlumata görə, Çiluel "Mançester Yunayted"ə təklif olunub.
Baş məşqçi Erik Ten Haqın yaxın günlərdə bununla bağlı qərarını açıqayacağı gözlənilir.
Qeyd edək ki, Çiluel ötən mövsüm meydana çıxdığı 13 oyunda məhsuldarlığı ilə yadda qalmayıb.