“Çelsi”nin gözü “Kristal Pelas”ın futbolçusuna düşüb
“Kristal Pelas”ın ingiltərəli stopperi Mark Gehi “Çelsi”nin maraq dairəsindədir.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “zadəganlar” bu keçid üçün 50 milyon avro ödəməyə hazırdır.
25 yaşlı mərkəz müdafiəçisinin “Kristal Pelas”la sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.