“Çelsi”nin gözü o futbolçunun üzərindədir
“Feyenoord”un sağ cinah vingeri Anis Hadci-Mussa “Çelsi”nin diqqət mərkəzinə düşüb.
Sportline.az “Foot Mercato”ya istinadən xəbər verir ki, London klubu oyunçunun meneceri ilə təmas halındadır.
23 yaşlı futbolçu Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda əla performans sərgiləməsi “Çelsi”nin gözündən yayınmayıb.
Qeyd edək ki, Hadci Mussa bu mövsüm meydana çıxdığı 23 oyunda rəqib qapılarından 7 top keçirib.