"Çelsi"nin hədəfində iki futbolçu var
"Çelsi" bu yay daha iki ulduz futbolçu transfer etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço və "Leipziq"in niderlandlı oyunçusu Xavi Simons London klubunun transfer siyahısında yer alıb.
Baş məşqçi Enzo Mareska hər iki futbolçunun transferini rəhbərliktən tələb edib.
Qeyd edək ki, A.Qarnaçonun transfer qiyməti 50, X.Simonsun isə 70 milyon avrodur.