“Çelsi”nin hücumçusu “Nyukasl”a keçə bilər

"Çelsi"nin ingiltərəli futbolçusu Nikolas Cekson "Nyukasl"ın maraq dairəsindədir.

Sportline.az jurnalist Matt Lovun məlumatına istinadən xəbər verir ki, "Nyukasl" Cekson üçün 40 milyon avro ödəməyə hazırdır.

Lakin "zadəganlar" 24 yaşlı forvard üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Ceksonun "Çelsi" ilə sözləşməsi 2033-cü ilin iyun ayına qədərdir.