"Çelsi"nin ingiltərəli futbolçusu karyerasını Almaniyada davam etdirəcək

"Çelsi"nin ingiltərəli futbolçusu Karney Çukvuemeka karyerasını "Borussiya Dortmund"da davam etdirəcək.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Almaniya klubu K.Çukvuemekanı icarə əsasında heyətinə qatacaq.

21 yaşlı futbolçu bu mövsüm 5 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.

Qeyd edək ki, Çukvuemekanın "Çelsi" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.