"Çelsi"nin Kunde sevdası
"Barselona"nın fransalı futbolçusu Jul Kunde yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Çelsi" 27 yaşlı oyunçu ilə ciddi şəkildə maraqlanır.
Bu haqda jurnalist Mark Brus məlumat yayıb.
Qeyd edək ki, Kundenin transfer qiyməti 60 milyon avrodur.