"Çelsi"nin oyunçusu icarə əsasında "Lids Yunayted"də

"Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Fakundo Buonanotte icarə əsasında "Lids Yunayted"ə keçib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 8 oyunda 1 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, F.Buonanottenin dəyəri 18 milyon avrodur.