"Çelsi"nin qələbə həsrəti davam edir

"Çelsi" Premyer Liqada ardıcıl altıncı məğlubiyyəti ilə üzləşib.

Sportline.az xəbər verir ki, London təmsilçisi 35-ci turda "Nottinqem Forest"ə 1:3 hesabı ilə uduzub və uğursuz seriyasını davam etdirib.

Qeyd edək ki, bu məğlubiyyətlər zənciri 30-cu turda "Nyukasl"a 0:1 hesablı məğlubiyyətlə başlayıb. 

Qeyd edək ki, hazırda 48 xalla 9-cu pillədə qərarlaşan "Çelsi"ni mövsümün qalan hissəsində "Liverpul", "Tottenhem" və "Sanderlend"lə çətin oyunlar gözləyir.