"Çelsi"nin Qordon sevdası
"Çelsi" "Nyukasl"ın ingiltərəli futbolçusu Entoni Qordonu heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
25 yaşlı sol cinah vingerinin dəyəri 60 milyon avrodur.
Qeyd edək ki, E.Qordon cari mövsüm meydana çıxdığı 46 matçda rəqib qapılarından 17 top keçirib.