"Çelsi"nin yayda əsas hədəfi o olacaq

"Çelsi"nin əsas transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, London klubu yayda "Nottingem"in yarımmüdafiəçisi Eliot Andersonu heyətinə qatmağa çalışacaq.

23 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 80 milyon avrodur.

Qeyd edək ki, E.Anderson cari mövsüm meydana çıxdığı 27 matçda 1 qol, 2 asistlə yadda qalıb.