Çempionatın bombardiri seçimini etdi

Futzal üzrə Yüksək Liqanın çempionu -"Araz” növbəti transferini reallaşdırıb.

Sportline.az xəbər verir ki, Naxçıvan təmsilçisi ötən mövsüm "Xəzər Cənub”la çempionatın gümüş medalını qazan Hadi Rezvanla anlaşıb.

Hücumçu mövsümün sonuna qədər "Araz”ın formasını geyinəcək.

Qeyd edək ki, Rezvan ötən mövsüm 85 qolla Yüksək Liqanın bombardiri olub.