Çempionatın oyunları təxirə salındı
Türkiyədəki təbii fəlakətlə əlaqədar Superliqada bu günə təyin olunan 3 oyun təxirə salınıb.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) xəbər yayıb.
Bildirilib ki, ölkədəki vəziyyətlə bağlı "Ümraniyespor" - "Adana Demirspor", "Fənərbağça" - "Konyaspor" və "Giresunspor" - "Kayserispor" görüşləri başqa vaxta keçirilib.
Bundan başqa, I və II Liqanın bəzi oyunlarının da vaxtı dəyişdirilib.