Çempionlar Liqası: "Araz Naxçıvan" ikinci oyununu keçirəcək
Bu gün "Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, son ölkə çempionu F qrupunda Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Latviyanın Salaspils şəhərində keçiriləcək qarşılaşmanı monteneqrolu hakim Drazen Vukçeviç idarə edəcək.
Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib. İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.