Çempionlar Liqası: komandamız "Benfika"ya da məğlub oldu

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi davam edir. 

Sportline.az xəbər verir ki, təmsilçimiz “Araz” bu gün ikinci oyununa çıxıb.

Joze Alesionun komandası Portuqaliya çempionu “Benfika” ilə qarşılaşıb. Görüş rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünən Belçika klubu “Halle Gooik”lə qarşılaşan "Araz" 1:5 uduzub.


10 oktyabr

Çempionlar Liqası

Əsas mərhələ


“Araz” (Azərbaycan) - “Benfika” (Portuqaliya) 0:7
Qollar: A.Koelyo, 01:57, N.İsmayılov, 05:39-avtoqol, Fits, 07:33, 35:20, Çaqinya, 31:13, 31:49, Tyago Brito, 34:20.