Çempionlar Liqası: Komandamızın rəqibləri müəyyənləşdi

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri bəlli olub.

B yolunda yer alan ölkə çempionu "Uraqan İvano - Frankivsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. Bu qrupun matçları Ukraynada olacaq.

Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.