Çempionlar Liqasında fasilə başa çatır
UEFA Çempionlar Liqasında bu gün 1/8 final mərhələsinə start veriləcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Fransada PSJ "Çelsi"ni qəbul edəcək. Ötən il parislilərə məğlub olaraq mübarizəni dayandıran London təmsilçisi revanş arzusundadır.
Digər 1/8 final görüşündə isə "Benfika" "Zenit"lə qarşılaşacaq.
16 fevral 2016
Çempionlar Liqası, 1/8 final
23:45. PSJ - "Çelsi"
23:45. "Benfika" - "Zenit"