Çempionlar Liqasında iki oyunun hakimləri bəlli oldu
Sabah UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. PSJ Fransada "Çelsi"ni, "Benfika" isə Portuqaliyada "Zenit"i qəbul edəcək.
Artıq görüşləri idarə edəcək hakimlər də bəllidir.
PSJ - "Çelsi"
Hakimlər: Karlos Velasko Karballo, Roberto Alonso, Xuan Yuste, Anxerl Nevado Rodriqes (hamısı İspaniya)
"Benfika" - "Zenit"
Hakimlər: Gianluka Rocchi, Elenito Di Leratore, Mauro Tonolini, Rikkardo Di Fiore (hamısı İtaliya)