Çempionlar Liqasında püşk nə vaxt atılacaq?
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasminin vaxtı açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, növbəti mərhələyə yüksələn komandalar rəqiblərini dekabrın 14-ü Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə tanıyacaq. Ali futbol qurumunun Nyondakı mənzil qərargahında keçiriləcək mərasimdə komandalar iki səbətə bölünəcək:
Qrup liderləri: "Real Madrid", "Volfsburq", "Atletiko Madrid", "Mançester Siti", "Barselona", "Bavariya", "Çelsi", "Zenit"
Qrup ikinciləri: PSJ, PSV, "Benfika", "Yuventus", "Roma", "Arsenal", "Dinamo Kiyev", "Gent"
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 16-da keçiriləcək.