Çempionlar Liqasında rəmzi komanda

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının 1/4 finalının ilk oyunlarından sonra rəmzi komandanı müəyyənləşdirib. SportLine.az xəbər verir ki, heyətdə bu fubolçular yer alıb:

Qapıçı: Canluici Buffon ("Yuventus")

Müdafiəçilər: Felipe Luis, Dieqo Qodin ( hər ikisi "Atletiko" Madrid), Aleks Sandro, Corcio Kyellini, Leonardo Bonuççi (hamısı "Yuventus")

Yarımmüdafiəçilər: Şinji Kaqava ("Borussiya" Dortmund), Kilian Mbappe ("Monako", Fransa)

Hücumçular: Antuan Qrizmann ("Atletiko"), Kriştiano Ronaldo ("Real"), Paulo Dibala ("Yuventus")