Çempionlar Liqasında son püşkatma

UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələləri üçün püşatma mərasiminin vaxtı bilinib. 

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, hər iki püşk iyulun 10-da olacaq və Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. 

1/4 finalın püşkündən dərhal sonra yarımfinalın püşkü atılacaq. 

Qeyd edək ki, Çempionlar Liqası 1/4 finaldan etibarən Portuqaliyanın paytaxtı Lissabonda olacaq.

1/8 finalın qalan oyunları 7-8 avqustda keçiriləcək.