Çempionlar Liqasının finalı üçün namizədlər
UEFA, Çempionlar Liqasının 1/4 finalından başlayaraq, mini-çempionat keçirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, yarışın təşkili üçün Portuqaliya, Rusiya və Almaniya təklif irəli sürüb. UEFA ev sahibi ölkənin 100 km radiusda dörd stadion ayırmasını istəyir.
Qeyd edək ki, Çempionlar Liqasının finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməlidir.
UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. İcraiyyə Komitəsi iyunun 17-də turnirlərlə bağlı qərarını verəcək.