Çempionlar Liqasının püşkatmasında saxtakarlıq!

Dünya futbol ictimaiyyətinin tanınmış siması, "İnter"in vitse-prezidenti Xavyer Zanetti fırıldaqçılıqda şübhəli bilinir. SportLine.az "Expressen" nəşrinə istinadən xəbər verir ki, buna Zanettinin ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasında şarları çıxararkən etdiyi hərəkət səbəb olub. 

Videogörüntüdən də belə görünür ki, Zanetti şarları çıxararkən birini əlində tutaraq digərlərini qarışdırır. O, bir neçə şarı belə çıxarır.