Çempionlar Turu: Rəcəbov Giriyə qalib gəldi
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə start verilib.
Sportline.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da ilk görüşlərini keçirib. 34 yaşlı qrossmeyster niderlandlı Aniş Giri ilə qarşılaşib. Rəcəbov ilk 3 partiyanı heç-heçə ilə bitirsə də, sonuncusundan qalib ayrılıb - 1:0. Beləliklə, ilk oyun günündə Azərbaycan şahmatçısı 2,5:1,5 hesablı qələbə qazanıb.
Cavab görüşləri mayın 27-də keçiriləcək.