Çempionlar Turu: Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşacaq
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün həlledici raundun ilk görüşləri keçiriləcək.
Sportline.az xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.
Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək.
Final görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
Çempionlar Turu: "New In Chess"
Final
Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ)
3-cü yer uğrunda görüş
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan)
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.