Çempionun futbolçusundan rekord

“Liverpul”un futbolçusu Trent Aleksander-Arnold yeni rekord müəyyənləşdirib.
 
Sportline.az xəbər verir ki, 21 yaşlı müdafiəçinin rekordu İngiltərə Premyer Liqasının 37-ci turunda “Çelsi”yə 5:3 hesabı ilə qalib gəldikləri oyunda qeydə alınıb.

O, bu mövsüm məhsuldar ötürmələrinin sayını 13-ə çatdırıb. Bununla da, ingilis futbolçu Premyer Liqa tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə ilə yadda qalan müdafiəçi olub.

Bundan əvvəlki göstərici də Arnolda məxsus idi. Keçən mövsüm 12 məhsuldar ötürmə ilə yadda qalan futbolçu bu dəfə öz rekordunu yeniləyib.