Çexiya çempionatında qalmaqal: Hakimlər oyuna sərxoş çıxdılar
Çexiya çempionatında keçirilən "Prşibram" - "Slaviya" matçı qalmaqalla yadda qalıb. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, oyun vaxtı köməkçi hakim İrji Yex və dördüncü referi Marek Pilni qəribə davranışları ilə diqqət çəkib. Sonradan isə onların oyuna sərxoş vəziyyətdə çıxdıqları məlum olub.
Çexiya Futbol Federasiyası da məsələyə biganə qalmayıb. Hər iki hakim qeyri-müəyyən müddətə vəzifəsindən kənarlaşdırılıb. Onların ömürlük hakimlikdən uzaqlaşdırılacağı istisna edilmir.