Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının sonuncu mərhələsinə start verilib
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının sonuncu mərhələsinə start verilib.
Sportline.az xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan yarışın 3-cü turu təsnifat mərhələsindən başlayıb.
Turnirdə ümumilikdə 100 idmançı (12 qadın və 38 kişi komandası) iştirak edir. Təsnifat mərhələsində yalnız kişi voleybolçular çıxış ediblər. Bu raundun yekununda 8 cüt əsas mərhələyə yüksəlib. 15 komanda isə həlledici mərhələdə mübarizəyə qoşulacaq.
Olimpiya sistemi ilə keçirilən çempionatın ilk günündə həm təsnifat, həm də əsas mərhələnin görüşləri baş tutub.
Su İdmanı Sarayında təşkil olunan yarış 4 meydançada keçirilir. Qaliblər sentyabrın 3-də müəyyənləşəcək.
Qeyd edək ki, çempionatın I mərhələsi 24-27 iyun, II mərhələsi isə 29 iyul - 1 avqust tarixlərində keçirilib.