ÇL: "Ən yaxşı" adına 12 namizəd

Çempionlar Liqasında 2016/2017-ci il mövsümünün ən yaxşısı adına namizədlər müəyyənləşib. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər mövqedə 3 futbolçu yer alıb:

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”)

Müdafiəçilər: Leonardo Bonuççi (“Yuventus”), Marselo, Serxio Ramos (hər ikisi “Real”)

Yarımmüdafiəçilər: Kasemiro, Toni Kroos, Luka Modriç (hamısı “Real”)

Hücumçular: Paulo Dibala (“Yuventus”), Lionel Messi (“Barselona”), Kriştianu Ronaldo (“Real”).

Qeyd edək ki, ən yaxşıların adları avqustun 24-də açıqlanacaq.